"Azərbaycan qəzəli” kitabının təqdimatı olub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış ədəbi tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Azərbaycan qəzəli” kitabının təqdimatı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli Vaqif Yusiflinin ədəbi tənqid sahəsində klassiklərimizin gördüyü işi uğurla davam etdirdiyini bildirib. “Azərbaycan qəzəli” kitabı müstəqillik dövrü ədəbiyyatşünaslıq elmimizdə qəzəl janrının tarixinə və poetikasına həsr olunmuş ilk sanballı elmi araşdırma kimi mühüm əhəmiyyətə malikdir. Kitabda Azərbaycan qəzəlinin mənşəyi, inkişaf mərhələləri və yaradıcıları haqqında tədqiqat əsas yer tutur.

www.science.gov.az saytı yazır ki, tədbirdə institutun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Elnarə Akimova  “Azərbaycan ədəbi tənqidində Vaqif Yusifli obrazı” mövzusunda məruzə ilə çıxış edib.

Sonra filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, filologiya elmləri doktoru Əlizadə Əsgərli, filologiya elmləri doktoru, professor Zaman Əsgərli, şair Oqtay Rza, Səyyad Aran, filologiya elmlər doktoru, professor Vüqar Əhməd və başqaları çıxış edərək alimin ədəbi tənqid sahəsində zəngin yaradıcılığından, “Azərbaycan qəzəli” kitabının müsbət məziyyətlərindən danışıblar.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında