Bakıda “Tahir Salahovun xalça dünyası. Portretlər” adlı sərgi açılıb

Azərbaycan Xalça Muzeyində “Tahir Salahovun xalça dünyası. Portretlər” adlı sərgi açılıb.

Muzeydən bildirilib ki, sərgi çərçivəsində Xalq rəssamı Tahir Salahovun müəllifi olduğu bir neçə rəngkarlıq əsərlərinin əsasında Əməkdar rəssam Taryer Bəşirovun texniki layihəsi və rəhbərliyi ilə toxunan xalçaların təqdimatı olub.

Tədbirin ulu öndərin 95 illiyi çərçivəsində keçirildiyini deyən muzeyin direktoru Şirin Məlikova bildirib ki, dünyada ilk dəfə olaraq ən zəngin və güclü xalçaçılıq ənənələrinə malik Xalça Muzeyinin yaranması da Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda muzey işinin inkişafında ümummilli liderin xidmətlərini xatırladan Ş.Məlikova, bu gün Xalça Muzeyi və ümumilikdə, xalçaçılıq sənətinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daima diqqətində olduğunu söyləyib.

Ş.Məlikova Xalq rəssamının əsərlərinin dünyanın nüfuzlu muzeylərində və rəsm qalereyalarında mütəmadi olaraq nümayiş olunduğunu diqqətə çatdırıb.  O qeyd edib ki, rəhbəri olduğu muzeyin də ekspozisiyasında görkəmli rəssamın məşhur əsərlərini görmək mümkündür.

“Bu möhtəşəm tablolar xalça sənəti dilinə köçürülmüş yeni əsərlərdir. Artıq bir neçə ildir ki, Tahir Salahov bu sahədə yeni eksperimentlər edir. O, hər zaman yorulmadan yeni üfüqləri kəşf edən yaradıcı şəxsiyyətdir. Xalça da artıq onun yaradıcılığında öz yerini tutmağa başlayır”, – deyə muzeyin direktoru vurğulayıb. O, yeni xalçalarını muzeyə təqdim etdiyi üçün Tahir Salahova təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev sənətkarın yaradıcılığını yüksək qiymətləndirərək onun əsərlərinin dünyanın bütün nüfuzlu muzey və qalereyalarında sərgiləndiyini, eyni zamanda,  yeni əsərlərinin böyük marağa səbəb olduğunu vurğulayıb.

Ə.Qarayev ümummilli lider Heydər Əliyevin hər zaman mədəniyyətimizin və milli ənənələrimizin təbliğinə yüksək qiymət verdiyini və bu gün də bu ənənələrin yaşadığını diqqətə çatdırıb.

Xalça Muzeyinin baş rəssamı, Əməkdar rəssamı Taryer Bəşirov görkəmli rəssamın əsərlərindən ilhamlanaraq yaratdığı xalçaların ərsəyə gəlməsindən, təqdim olunan xalçaların bədii xüsusiyyətlərindən söz açıb. Bildirib ki, buraya ulu öndərin Heydər Əliyev Fondunda saxlanılan portretinin reproduksiyası, Maqsud İbrahimbəyov və Koroğlu portretləri daxildir.

Sonda çıxış edən Xalq rəssamı Tahir Salahov hər bir əsərinin yaranma tarixçəsindən danışıb, sərgiyə təqdim olunan xalçaların özünəməxsus keyfiyyətlərindən bəhs edib. Bununla yanaşı, Tahir Salahov ulu öndərin xatirəsini ehtiramla yad edərək, onunla bağlı xatirələrini bölüşüb. Xalq rəssamı tədbirin təşkilinə görə nazirliyin və  muzeyin rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə ümummilli lider Heydər Əliyevin, bəstəkar Fikrət Əmirovun, Xalq yazıçısı Maqsud İbrahimbəyovun və xalq qəhrəmanı Koroğlunun portretləri toxunan xalçalar nümayiş olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında