Aktyorun 85 illiyi qeyd olundu

Dövlət Film Fondunda unudulmaz kino aktyoru Bahadur Əliyevin 85 illiyinə həsr edilən tədbir keçirildi.

Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə aktyorun yaradıcılığı haqqında fotosərgi nümayiş etdirilmiş, sənətkarın mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılmışdır.

1957-1959-cu illərdə "Kölgələr sürünür", "Bir məhəllədən iki nəfər", "Onun böyük ürəyi" və "Onu bağışlamaq olarmı?" filmlərində epizodik rollarda çəkilən sənətkar sonrakı illərdə "Telefonçu qız", "Əmək və qızılgül", "Romeo mənim qonşumdur", "Böyük dayaq", "Möcüzələr adası", "Sehirli xalat", "Ulduz", "Dağlarda döyüş", "Uşaqlığın son gecəsi", "Yenilməz batalyon", "İstintaq davam edir" və digər bədii filmlərində müxtəlif rollar ifa edib. "Ulduz" musiqili kinokomediyasında onun yaratdığı kolxoz sədri Qədir surəti aktyorun ən yaxşı rollarından biridir. O, "Axırıncı aşırım", "Bizim Cəbiş müəllim", "Babək", "O qızı tapın", "Dərviş Parisi partladır", "Özgə ömür", "Firəngiz", xarici ölkə studiyalarının istehsal etdiyi "Əlibaba və qırx quldur", "Odlu yollarla", "Şerəli və Aybərçin" və "Abdulla" bədii filmlərində də rol alıb.

M. MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında