Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd edilib

Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Ensonxeber.az-ın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində 189-190 №li orta məktəbin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ADMİU-nun tələbələri və 189-190 №li orta məktəbin şagirdləri çıxış ediblər.

Tələbələrin ifasında Tofiq Quliyevin, Emin Sabitoğlunun, Cahangir Cahangirovun, Müslüm Maqomayevin, Sevil Əliyevanın əsərləri səslənib.

Məktəbin şagirdləri Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin əsərlərindən parçalar, Bəxtiyar Vahabzadənin, Vahid Əzizin, Zəlimxan Yaqubun, Məmməd Arazın şerlərini səsləndiriblər.

Gənc ifaçıların çıxışları alqışlarla qarşılanıb.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında