Folklor rəqsləri üzrə dünya kuboku uğrunda yarış keçiriləcək

Azərbaycanda ilk dəfə, mayın 12-13-də folklor rəqsləri üzrə dünya kuboku yarışı keçiriləcək.

Ölkə.Az-ın məlumatına görə, kubok yarışını Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası və WADF ( Dünya İncəsənət və Rəqs Federasiyası) birgə təşkil edəcəklər. Həmçinin yarışmanın tərkibində Bollywood ( hind rəqsləri ), Belly dance ( şərq rəqsləri ) və Flamenko rəqs növləri üzrə yarış keçiriləcək.

Azərbaycan Gənclər İttifaqının sədr müavini və Azərbaycan Rəqs Assosiasiyasının Prezidenti Əziz Əzizov bildirib: "Bakıda bu səviyyədə yarışmaya ev sahibliyi etmək bizim üçün şərəfdir. Uzun illərdir rəqqaslarımız beynəlxalq arenada yüksək səviyyədə folklor rəqslərimizi qoruyub saxlayırlar. Avropa Çempionatından, Qafqaz və digər regional yarışlardan olan mükafatlar buna əsasdır. Ötən il yeddi mindən çox iştirakçını bir araya gətirən Azərbaycan Çempionatından bəhs etmək kifayətdir. Belə yüksək rəqabət nəticəsində həqiqətən güclü və keyfiyyətli ansambllar yaranır. Biz məmnuniyyətlə ölkəmizdə mədəniyyətin və turizmin inkişafına böyük töhfəmizi verə bilərik".

Yarışma 12 və 13 mayda, beş ölkəni təmsil edən hakimlərin münsifliyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.

 

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında