Azərbaycanlı aktrisa Türkiyənin “Diriliş Ərtuğrul” serialına çəkilir

Aktrisa Könül Nağıyeva Türkiyənin məşhur serialı "Diriliş Ərtuğrul"a çəkilir. Axşam.az-ın məlumatına görə, bu haqda aktrisa özü xəbər verib. O bildirib ki, TRT-də yayımlanan bu ekran işində rol almaq onun üçün önəmlidir. Könül eyni zamanda canlandırdığı obrazdan da danışıb.

Aktrisa monqol ovçu Alanqoyu canlandıracaq. O, hiylə ilə Ərtuğrulun yanına daxil olub, öz əcdadlarının intiqamını almağa çalışacaq. Rolu üçün Könül saçlarını kəsdirib, xəncərlə oynamağı və at çapmağı öyrənib.

Qeyd edək ki, 3 ildir yayımlanan "Diriliş Ərtuğrul" serialı dünyanın 100 kanalında nümayiş etdirilir.

M.MÜK/ƏRRƏMOĞLU,

 “Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında