Tələbələrin beynəlxalq mədəniyyət festivalı

   Pekin Elm və Texnologiya Universitetində keçirilən tələbələrin beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub. Bu barədə medeneyyet. az məlumat yayıb.

   Pekində təhsil alan azərbaycanlı tələbələr ölkəmizə aid stenddə Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, memarlıq abidələrinə, xalçaçılıq sənətinə dair nəşrlər, “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar, milli suvenirlər və geyimlər nümayiş etdiriblər.

   Festivalın gedişində milli mətbəximizin təamlarından dolma, plov, paxlava, digər şirniyyatlar təqdim olunub. Azərbaycan yeməklərinə xüsusi maraq göstərən yerli sakinlər onun hazırlanma qaydası ilə maraqlanıblar.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında