“Məmməd Əmin Rəsulzadə. Məktublar. Şəfibəyçilik” kitabı çapdan çıxıb

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Məmməd Əmin Rəsulzadə. Məktublar. Şəfibəyçilik” kitabı çapdan çıxıb. Kitabın tərtibçisi və ön sözün müəllifi tanınmış araşdırmaçı Aydın Balayevdir.

 

www.science.gov.az saytı yazır ki, nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin bir sıra məktubları və 1934-cü ildə İstanbulda işıq üzü görmüş “Şəfibəyçilik” əsəri yer alıb. M.Ə.Rəsulzadənin C.Hacıbəyliyə ünvanladığı ərəb qrafikası ilə yazılmış  məktubları AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Arif Ramazanov tərəfindən transfonoliterasiya edilib, fars-ərəb mənşəli sözlərə izah yazılıb. Kitaba daxil edilmiş “Şəfibəyçilik” əsəri o dövrdə Azərbaycan mühacirəti və Müsavat partiyasında baş verən prosesləri ehtiva edir.

Qeyd edək ki, bu əsər Azərbaycanda ilk dəfə nəşr olunur. 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında