“Zəng” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

Abdulla  Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi İran İslam Respublikasının Məşhəd şəhərində baş tutan I “Cigi-Cigi” Beynəlxalq Performans və Sənət Festivalında iştirak edib.

Teatrlar, yaradıcı şəxslər, sənət adamları arasında mədəni əməkdaşlıq körpüsü yaratmaq, müxtəlif sənət cərəyanlarının bir səhnədə heç bir maneəsiz nümayişinə nail olmaq, beynəlxalq miqyasda teatr mübadiləsini təmin etmək məqsədilə baş tutan bu sənət bayramında teatr “Zəng” tamaşası ilə iştirak edibdir.

Festivalda Azərbaycanla yanaşı İspaniya, Almaniya, Çili, Çexiya, Türkiyə, Rusiya, İngiltərə, Tunis kimi ölkələrin teatr kollektivləri təmsil olunub. Fərqli teatr cərəyanlarının səhnə  marafonunda uğurla yarışan “Zəng” növbəti mükafatını qazanıb. Belə ki, nominasiyaların olmadığı birinci festivalda yüksək səviyyədə qarşılanan “Zəng” və yaradıcı heyətin hər bir üzvü  festivalın  təşkilat komissiyasının  təsis etdiyi mükafata layiq görülüblər.

Festival iştirakçılarının böyük marağına səbəb olan “Zəng” tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru, teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında