Türkiyədən daha bir tarixi film

Baş rollardan birində azərbaycanlı aktyor çəkilir.

Türkiyə daha bir tarixi filimlə rekorda imza atmağa hazırlaşır.  Çəkilişləri təxminən 2 ildir davam edən və "Angel Yapım” şirkətinin istehsalı olan film "Dəlilər” adlanır.

Bildirilir ki, filmin rejissoru Osman Qayadır. "Dəlilər”də Türkiyənin məşhur aktyor və  aktrisaları – Erkan Petekkaya, Cem Uçan, Yetkin Dikiciler, Kamil Güler, İsmail Filiz, Nur Fettahoğlu, Demet Tuncer və başqaları oynayır.

Maraqlı məqam isə ondan ibarətdir ki, "Game of Thrones” ve "Vikings” kimi keyfiyyətli film olacağına zəmanət verilən "Dəlilər”də azərbaycanlı aktyor da rol alıb. Hələlik adı gizli saxlanılan aktyorumuz filmdə "dəlilər”dən birini canlandıracaq. Onun ifa etdiyi obrazın adı "Mübariz”dir. "Mübariz” Azərbaycandan gələrək Türk dəlilərinə qoşulur və düşmənləri yenir.

Film Sultan Mehmet Fateh tərəfindən III Vlad Tsepeşin sarayına göndərilən Osmanlının ən cəsur süvariləri olan "Dəlilər”in bu vəzifə boyunca yaşadıqlarından bəhs edir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında