Muzeyə XX əsrin I yarısına aid mücrü hədiyyə edildi

Milli Azərbaycan Tarixi Muzeyi yəhudi həmvətənlimizə muzeyə hədiyyə etdiyi bir neçə tarixi dəyərli materiallara görə təşəkkür bildirib. Bir neçə müddət əvvəl İsraildə yaşayan soydaşımız Rauf Şalikoyeviç Zarbailov muzeyə Azərbaycanın maddi mədəniyyət nümunələrini hədiyyə edib. Hazırda Rauf Zarbailov Bakıya gəlib və muzeyə yeni unikal əşyalar təqdim edib. Muzey əməkdaşlarının iştirakı ilə həmvətənlimizə xüsusi təşəkkür edilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, hər bir azərbaycanlı vətənini sevməli və mədəni irs nümunələrimizin qorunmasında, təbliğində yaxından iştirak etməlidir. Sonra Elmi Fond işləri üzrə direktor müavini,  Məhfuzə Zeynalova və muzeyin Xüsusi Fondunun müdiri, Afət Rüstəmbəyova çıxış ediblər. Onlar da öz növbəsində qonağa minnətdarlıqlarını bildirib, hədiyyə olunan materialların tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu materiallar muzeyin ekspozisiyasını və fondlarını zənginləşdirib dəyərli eksponatlara çevriləcək. Bunların arasında tarixi etnoqrafik materiallar xüsusi yer tutur. Yeni hədiyyə olunan unikal materiallar xalça, mücrü, qələmkar süfrə və tikmədən ibarətdir.

Mücrü XX əsrin I yarısına aid olan əl işidir. Mücrünün içərisi tünd yaşıl rənglənib, yanları və qapağının üst hissəsi rəngarəng butalarla bəzədilmişdir.

Qələmkar süfrə və tikmə XX əsrin I yarısına məxsus olub üzəri rəngli saplarla işlənmiş, heyvan təsvirli şəkillər həkk olunmuşdur.

Qubanın "Qollu-çiçi" ornamentli xalçası XX əsrə aid edilir. Fabrik üsulu ilə toxunmuş xalça rəngarəng sintetik saplardan toxunmuşdur.

Sonra həmvətənlimiz Rauf Zarbailov muzey adından təşəkkürnamə ilə təltif olunub. Ona  muzeyin kolleksiyasının inciləri kataloqu, medal və milli xatirə hədiyyələri təqdim edilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında