“Heydər Əliyev və milli-mənəvi dəyərlər”adlı konfrans keçirilib

Azərbaycandakı milli-mənəvi, dini mühit öz müsbət cəhətlərinə görə seçilir və bu gün milli-mənəvi dəyərlərin qorunmasında, dövlət-din münasibətlərinin uğurla tənzimlənməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri danılmazdır.  Bu barədə fikirlər  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə ulu öndərin 95 illik yubileyinə həsr edilmiş  “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı konfransda səsləndirilib.

Tədbiri giriş sözü ilə açan  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  ulu öndərin milli-mənəvi, dini dəyərlərin qorunmasında atdığı addımlardan, bu sahəyə göstərdiyi qayğıdan söz açıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətlərinin inkişafına verdiyi töhfələr barədə danışıb.

Sonra isə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin geniş məruzəsi dinlənilib.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov qeyd edib ki, əsası ulu öndər tərəfindən qoyulmuş dəyərlər bu gün də yaşadılır.

Azərbaycanda 90-cı illərin əvvəllərində müəyyən dini təşkilatların öz planlarını həyata keçirmək üçün müxtəlif üsul və yollardan istifadə  etməsinə toxunan Prezident Administrasiyası rəsmisi həmin dövrdə dövlətin din siyasətini müəyyənləşdirmək istiqamətində atılmış addımlar barədə məlumat verib.

“Azərbaycanın müstəqillik illərinin ilk vaxtlarında qəbul edilən qanun layihələrinin sonradan təkmilləşdirilməsində ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub. Azərbaycanda dövlətin dinə göstərdiyi diqqət və qayğı digər ölkələrdə müşahidə olunmur” – deyə natiq əlavə edib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, “SƏS” Media Qrupunun rəhbəri, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü Bəhruz Quliyev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Sakit Hüseynov və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda DQİDK tərəfindən dini icmaların üzvləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda elan edilmiş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında