Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti Türkiyədən qayıdıb

Qardaş Türkiyənin Mersin şəhərində IV Türk Dünyası Teatr Festivalı başa çatıb. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti festivalda tanınmış türk dramaturqu Turqut Özakmanın “Ocaq” əsəri ilə iki dəfə çıxış edib. Teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi tamaşalar anşlaqla keçib və böyük uğur qazanıb. Əməkdar artistlər Fəranə Musayeva, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oqtay Mehdiyev, Xatirə Süleymanova, İlahə Səfərova və Şəmistan Süleymanlı tamaşada maraqlı oyun nümayiş etdiriblər.

Onu da qeyd edək ki,  kollektiv Türkiyə səfərindən sonra “Sərhədsiz teatr” III  Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində eyni əsərlə  çıxış edəcək.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında