"Azərbaycandakı müvafiq qurumların və dünyadakı təşkilatların diqqətini bu işə cəlb etmək istəyirik"

Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

O bildirib ki, Azərbaycan dövləti memarlıq və digər abidələrin öyrənilməsinə və qorunmasına böyük diqqət ayırır: "Ölkəmizdə və ümumilikdə bütün Qafqazda hələ də qeydə alınmamış, öyrənilməmiş və qorunmayan zəngin irs mövcuddur. Onların pasportlaşdırılmasına ciddi ehtiyac duyulur".

"Bu məqsədlə Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü və UNESCO-nun mənəvi ənənələrin və dinlərarası dialoqun müqayisəli tədqiqatları kafedrasının dəstəyi ilə AMEA Mərkəzi Elmi Kitabxanasında müxtəlif ölkələrin alim və tədqiqatçılarından ibarət işçi qrup yaradılıb. İşçi qrupa Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə və digər ölkələrin alimləri daxildir. Ora müxtəlif ölkələrdən mütəxəssislərin də cəlb olunması nəzərdə tutulur" — direktor diqqətə çatdırıb.

R.Hüseynov bildirib ki, işçi qrupu üzvlərinin ilk olaraq Azərbaycanın qərb regionuna səfəri planlaşdırılır: "Həmin ərazilərdə antik, xristian, islam mədəniyyətinə aid olan abidələrin araşdırılması və pasportlaşdırılması nəzərdə tutulub. Bu layihəni gerçəkləşdirməklə Azərbaycandakı müvafiq qurumların və dünyadakı təşkilatların diqqətini bu işə cəlb etmək istəyirik".

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında