Azərbaycan “Global Village” sərgisində təmsil olunub

Küveyt Universitetinin Sosial Elmlər fakültəsinin təşkilatçılığı ilə “Global Village” adlı sərgi təşkil olunub. Sərgidə Azərbaycanın Küveytdəki səfirliyi iştirak edib. Qeyd edək ki, sərgiyə 10-dan çox ölkənin səfirlikləri qatılıb. Sərgidə hər bir səfirlik ölkələri haqqında tanıtım materialları təqdim edib. Bu barədə Azərbaycanın Küveytdəki səfirliyi məlumat verib.

Sərgidə Azərbaycana ayırılmış masa və stenddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Cümhuriyyətin tarixi, dövlət quruculuğu, dövlət rəmzləri, həmçinin foto və videomateriallar yer alıb. İştirakçılara həmçinin ölkəmizin dilbər guşələri, tarixi mədəniyyət abidələri, turizm imkanları haqqında geniş məlumat verilib. Stenddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar da yer alıb. Ölkəmiz haqqında sənədli film, həmçinin “Azərbaycanın interaktiv turizm xəritəsi 2018” nümayiş etdirilib.

Sərgi iştirakçılarına səfirliyin əməkdaşları və “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri tərəfindən kitab, broşür və s. materiallar paylanılıb, milli mətbəximizin dadlı təamları təqdim olunub və ölkəmiz barədə olan suallar cavablandırılıb. Küveyt Universitetinin kitabxanasına ölkəmiz haqqında kitablar təqdim olunub.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında