Bilik Fondu istiqlal şairi Əhməd Cavada həsr olunmuş maarifləndirici tədbir keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı İdarəetmə və Texnologiya Kollecində dövlət himnimizin müəllifi Əhməd Cavada həsr olunmuş “Əhməd Cavad – istiqlalımızın tərənnümçüsü” mövzusunda maarifləndirici tədbir keçirib.

“Azərbaycan” qəzetinin müxbiri, filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlı 45 yaşında Stalin repressiyasının qurbanı olmuş şairin kəşməkeşli ömür yolundan, yaradıcılığından danışıb. O, müəllifi olduğu “Əhməd Cavad”, “Cümhuriyyət şairi”, “Əhməd Cavadın yaradıcılıq yolu” kitablarını kollecin kitabxanasına hədiyyə edib.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli sərəncamından irəli gələn vəzifələrin icrasına uyğun olaraq keçirilən tədbirlər barədə danışıb, belə ədəbi-bədii tədbirlərin gənclərin vətənpərvərlik, estetik tərbiyəsində böyük əhəmiyyətini qeyd edib.

Tədbirdə Əhməd Cavadın şeirləri, sözlərinə yazılmış mahnılar səslənib, tələbələrin sualları cavablandırılıb.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında