Peru musiqisi ilə muğamımız birgə səslənəcək

Beynəlxalq Muğam Mərkəzində mütəmadi olaraq milli musiqilərlə yanaşı, maraqlı etnik musiqi konsertləri də təşkil edilir. Muğam Mərkəzinin "Etnik musiqi inciləri" layihəsi çərçivəsində Rumıniya, Moldova, Türkiyə, Yunanıstan, Mərakeş və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurlu olub.

Mayın 4-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Perudan təşrif buyuracaq musiqiçilər Azərbaycan muğam ifaçıları ilə birlikdə çıxış edəcəklər. Konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilati və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində keçirilir.

"Charango meets Mugam" adlı konsertdə perulu iki ifaçı -Karl Struyf və Aleksandro Riva Azərbaycanın əməkdar artistləri Sahib  Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), eləcə də istedadlı xanəndə Nisbət Sədrayeva ilə birlikdə çıxış edəcəklər.

Qeyd edək ki, Çaranqo qədim simli  musiqi alətidir və Latın Amerikası musiqisini müşayiət etmək üçün istifadə edilir. Əsasən kişi ifaçıların istifadə etdiyi Çaranqo xarıcı görünüşünə görə gitaraya bənzəyir, 10 simi var. İki oktavaya qədər diapazonu olan alətlə geniş musiqi repertuarını müşayiət etmək imkanına malikdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında