ABŞ-ın “Metropoliten” muzeyində qədim Azərbaycan xalçaları nümayiş olunur

ABŞ-da fəaliyyət göstərən, 7 min eksponatın qorunduğu “Metropoliten” muzeyində 45 xovlu və xovsuz Azərbaycan xalçası, namazlıqlar nümayiş etdirilir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətindən (ASC)  verilən məlumata görə, muzeydə nümayiş etdirilən bu xalçalar Bakı, İrəvan, Naxçıvan, Qarabağ, Qazax - Borçalı, Quba, Şirvan və Təbriz xalçaçılıq məktəbinə aid qiymətli sənət əsərləridir.

Cəmiyyətdən bildirilib ki, həmin xalçaların fotoşəkilləri ilə yanaşı, muzeydəki inventar nömrəsi və toxunduğu dövr barədə də məlumatlar əldə olunub: “Metropoliten” muzeyində sərgilənən ən qədim Azərbaycan xalçaları XVII əsrdə toxunub. Muzeyin kolleksiyasındakı xalçaların çoxu XIX əsrə aiddir. “Metropoliten”də sərgilənən xalçalar ölçülərinə görə fərqlənir və əsasən yun xalçalardır”.

“Azərxalça” ASC “Metropoliten” muzeyindən fotoşəkilləri əldə edilmiş qədim Azərbaycan xalçalarının çeşniləri əsasında həmin xalçaların toxunmasını qarşıya məqsəd qoyub.

Qeyd olunub ki, “Metropoliten” muzeyi ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərir. Muzeyin ekspozisiyası 600 kvadratmetrdən çoxdur. Muzeyi bir il ərzində 5 milyondan çox insan ziyarət edir. “Metropoliten”ə eksponatların böyük hissəsi şəxsi kolleksiyaçılar tərəfindən verilib. Burada Rembrandtın avtoportreti, Velaskesin “IV Filipin portreti” kimi məşhur əsərlər yer alıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında