İşğal olunmuş ərazilərimizdə 4500 tarixi abidə aşkar edilib

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, Azərbaycanda tarixi abidələrlə bağlı məlumatlar yetərincə deyil.  “Azərbaycanın işğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin elektron məlumat bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaqdır” adlı layihəyə start verilib.

İctimai Birliyinin sədri bildirib ki, layihənin məqsədi işğal olunmuş ərazilərdə tarixi, mədəni irsimizə aid olan abidələrin elektron məlumat bazasını yaratmaq idi: “Yaradılmış bu bazadakı materiallardan  hansısa kitab, film üçün lazım olduqda asanlıqla istifadə etmək mükün olacaq. Materialların toplanması çox çətin işdir. Layihə çərçivəsində 4500 abidə aşkar edilib. Onların 30 mindən çox görüntüsü əldə edilib”.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında