Gənc Tamaşaçılar Teatrı üç beynəlxalq layihədə iştirak edəcək

Teatrdan verilən məlumata görə, kollektiv mayın 1-dən 6-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə bağlanmış “Qarşılıqlı qastrol səfərlərinə dair” müqaviləyə əsasən Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən teatrın səhnəsində görkəmli Azərbaycan ədibi A.Şaiqin “Tıq-tıq xanım” tamaşasını nümayiş etdirəcək.

Səfərdə teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə 14 nəfərlik yaradıcı heyət iştirak edəcək. Qastrol çərçivəsində Şimali Osetiya-Alaniya Respublikasının mədəniyyət naziri, teatr rəhbərləri və Azərbaycan diasporunun fəalları ilə M.Həmidovun bir sıra görüşləri də planlaşdırılıb. 

GTT  may ayının 2-dən 5-ə dək Türkiyə Cümhuriyyəti Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər teatrlarının dəvəti ilə sözügedən şəhərdə R.Ağayevin “Sonluğun sonu” (ifaçı Güşvər Şərifova) mono tamaşası ilə ölkəmizi qardaş ölkənin Beynəlxalq Teatr Festivalında təmsil edəcək. 

May ayının 10-dan 16-dək isə teatrın kollektivi Makedoniya Respublikası Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə “XX Beynəlxalq Monodram” Festivalına Dəvət almışdır. Festivalda P.Züskindin “Kontrabas” tamaşası nümayiş etdiriləcək.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında