Azərbaycanlı məktəblilər 23 aprel – Beynəlxalq Uşaq Festivalında

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Türkiyə Respublikasında keçirilmiş 40-cı TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyinə qatılıb. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

40 ölkənin qatıldığı festivalda mərkəz üzvləri milli rəqslərimizi nümayiş etdiriblər. Səfər çərçivəsində uşaqlar Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb. Görüş zamanı baş nazir uşaqlarla söhbət edib, xatirə şəkili çəkdirib.

Bu il Türkiyə Respublikasının Bursa şəhərində keçirilmiş 40-cı TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyində 40 ölkədən 800-ə yaxın uşaq iştirak edib. Tədbirdə Azərbaycanı 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu 20 nəfər uşaq və 2 nəfər rəhbər heyətlə təmsil olunub. Uşaqlar müxtəlif sərgilərdə iştirak edib, bayram yürüşünə qatılıblar. Eyni zamanda, dərnək üzvləri Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycanı tanıdaq” adlı tədbirdə iştirak ediblər.

23 aprel münasibəti ilə 3 nömrəli və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Sumqayıt şəhər 1 nömrəli, Quba rayonu, eləcə də Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri Türkiyənin müxtəlif şəhərlərində keçirilən şənliklərə qatılıblar.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

                                                                                         

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında