İtaliyada Azərbaycanın multikulturalizm ənənələrindən danışılıb

İtaliyanın paytaxtı Romada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən tədbir keçirilib. Tədbirdə İtaliya, Fransa, Moldova və Litvanın müxtəlif universitetlərinin və elmi-akademik dairələrinin nümayəndələri, müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbiri Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə açaraq ölkəmizdə tarixən formalaşmış multikultural ənənələrin və dəyərlərin, yüksək tolerantlıq mühitinin mövcudluğundan danışıb. Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru, professor Əfqan Abdullayev çıxışında təmsil etdiyi müəssisənin təşkilatçılığı ilə 11 ölkənin 13 ali məktəbində bu cür tədbirlərin keçiriləcəyini deyib.

İtaliyanın Təhlükəsizlik və Azadlıq Fondunun prezidenti Feliçe Romano, professor Alessandro Fiqus, Kassino Universitetinin rektoru Covanni Betta, Link Kampus Universitetinin prezidenti Vinçenzo Skotti, KORE Universitetinin prezidenti Salerno Kataldo və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliya nümayəndəliyinin rəhbəri Sandro Teti çıxışlarında Azərbaycanda multikulturalizm və tolerantlığın xüsusiyyətlərindən danışıblar.

Tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib. Məruzələrdə Azərbaycanda mövcud olan yüksək tolerantlıq mühiti, multikultural ənənə və dəyərlərin qorunub saxlanılması təqdir edilib, ölkəmizin multikulturalizm siyasətinin əsasları, bu sahədə mövcud hüquqi baza və əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat verilib.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında