TÜRKSOY təşkilatının III Beynəlxalq seminarı Şəkidə öz işini davam etdirir

Xəbər verildiyi kimi, aprelin 27-də Bakıda qeyri-maddi mədəni irsin qorunması üzrə TÜRKSOY təşkilatının "Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması" mövzusunda III Beynəlxalq seminarı işə başlamışdır.
Proqrama uyğun olaraq aprelin 28-də Şəki şəhərindəki "Sənətkarlar evi"nin konfrans zalında Beynəlxalq seminar öz işini davam etdirmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı qədim dövlətçilik ənənələrinə, zəngin tarixə və yüksək mədəniyyətə malik Şəki şəhərində belə bir mötəbər tədbirin keçirilməsindən məmnunluğunu bildirmişdir. O bildirmişdir ki, Şəki "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramına əsasən 2010-cu ildə "Azərbaycanın sənətkarlıq paytaxtı" elan edilmişdir. Məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsini qorumaq, təbliğ etmək, xalq tətbiqi sənətini daha da inkişaf etdirmək, eyni zamanda Şəki şəhərinin turizm potensialını genişləndirmək, beynəlxalq səviyyədə tanıtmaqdır. TÜRKSOY-un III Beynəlxalq seminarının Şəkidə keçirilməsi bu baxımdan olduqca əhəmiyyətlidir.
TÜRKSOY təşkilatı baş katibinin müavini Firat Purtaş Azərbaycanın qədim sənətkarlıq məskəni, özünəməxsus sənətkarlıq ənənələri və tarixi-memarlıq abidələri olan Şəki şəhəri ilə tanışlıqlarından məmnunluq hissi keçirdiklərini bildirmiş, seminarın işinə göstərdiyi hərtərəfli köməyə görə şəhər rəhbərliyinə minnətdarlıq etmişdir. Bildirmişdir ki, türkdilli xalqların qeyri-maddi mədəni irsinin zənginləşdirilməsi, yaşadılması, gələcək nəsillərə çatdırılması çox vacibdir. TÜRKSOY-un təşkilatçılığı ilə 2008-ci ildən etibarən həyata keçirilən belə seminarlar çox əhəmiyyətlidir. O, Şəkinin gələcəkdə türk dünyasının sənətkarlıq paytaxtı elan edilməsinə də ən real namizədlərdən biri olacağına ümid bəslədiyini diqqətə çatdırmışdır.
Seminarın keçirilməsinə göstərdiyi təşkilati dəstəyə görə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlıya TÜRKSOY təşkilatı baş katibinin adından xatirə hədiyyəsi təqdim olunmuşdur.
"2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramına əsasən Şəkinin 2010-cu ildə "Azərbaycanın sənətkarlıq paytaxtı" elan olunduğuna görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından şəhər rəhbərliyinə yadigar kubok və hədiyyə təqdim edilmişdir.
Seminarda daha sonra "TÜRKSOY-un qeyri-maddi mədəni irs abidələrinin beynəlxalq reyestrinin formalaşdırılmasının imkanları" və "Türk dünyasının xalq yaradıcılığı paytaxtları" Beynəlxalq Proqramı layihələrinin təqdimatı olmuşdur.
Müzakirələrdə Türkiyənin Qazi Universitetinin professoru Öcal Oğuz, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinın şöbə müdiri Şengül Gitmez, Qazaxıstan Respublikası Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşı Serikkazı Korabay, Şimali Kipr Türk Respublikasının sənət tarixçisi Yusuf Örs, Tatarıstan Respublikası Elmlər Akademiyasının əməkdaşı Roza Sultanova və başqaları çıxış etmişlər.
Seminarın gündəliyinə uyğun olaraq tədbir iştirakçıları aprelin 29-da Şəki şəhərinin muzeyləri və tarixi abidələri ilə tanış olacaqlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında