Akademik Zərifə Əliyevanın xatirəsinə böyük ehtiram

 Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci tələbələrinin konserti olmuşdur.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilən mərasimin başlanğıcında görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilmişdir.

 Tədbiri Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov açaraq anım mərasimi iştirakçılarını salamlamışdır.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək görkəmli alim, elm təşkilatçısı, ictimai xadim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın nümunəvi və şərəfli həyat yolu, milli oftalmologiyaya aid dəyərli tədqiqatları, Azərbaycanda traxoma xəstəliyinin qarşısının alınması, yüksək insani keyfiyyətləri, xeyirxah və humanist əməllərindən danışmışdır.

Qeyd edilmişdir ki, Zərifə xanım Əliyeva fədakar ömür-gün yoldaşı kimi ulu öndərimiz Heydər Əliyevə gərgin siyasi fəaliyyətində hər zaman mənəvi dayaq olmuşdur. Zərifə xanım həm də Prezident İlham Əliyev kimi bir övladı böyüdüb Vətənimizə bəxş etmişdir.Xalqın hörmət bəslədiyi böyük ana, alim və həkim ömrü boyu insanlara işıq, nur bəxş etmişdir. Zərifə xanım bir ana kimi də xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərini özündə cəmləşdirmişdir.Onun parlaq siması həmişə yaddaşlarda yaşayacaqdır.

Musiqi Kollecinin beynəlxalq və respublika müsabiqələrinin qalibləri olmuş tələbələrinə diplomlar və mükafatlar təqdim edilmişdir.

Konsertdə Musiqi Kollecinin xorunun, nağara çalanlar ansamblının, nəfəs alətləri kvintetinin, nəfəs və zərb alətləri orkestrinin və tələbələrin Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş ifaları xoş ovqat bəxş etmişdir. Tələbələrdən Nərminə Səmədova və Aytac Əsədovanın ifa etdikləri Fikrət Əmirovun “1001 gecəni düşünərkən”, Pünhan Piriyevin “Segah təsnifi, Seymur Həsənovun “Popurri”, Həsən Rzayevin “Çahargah rapsodiyası” və digər musiqi nömrələri alqışlarla qarşılanmışdır.

Afət SADIQOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında