Almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyinə həsr olunan kitab

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin "Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması" kitabı çapdan çıxıb. Vəsait Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına əsasən işıq üzü görüb.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə nəşr olunan kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru Rahid Ulusel, rəyçiləri - AMEA-nın müxbir üzvü Musa Qasımlı və fəlsəfə elmləri doktoru Dilarə Müslümzadədir.

Kitab fəlsəfə və tarix, fəlsəfə və kulturologiyanın qovuşuğunda, Azərbaycandakı alman icmasının təcrübəsinin dərk edilməsi, onun hansı sahələrdə və necə istifadə oluna bilməsi mümkünlüyünün təhlili əsasında yazılıb.

 

                                                                      Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında