Qara Qarayevin xatirəsinə həsr olunmuş musiqi gecəsi

Lənkəran Dövlət Universitetində  görkəmli Azərbaycan bəstəkarı Qara  Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş musiqi gecəsi keçirlib. Lənkəran Dövlət Humanitar Kolleci ilə birgə keçirilən tədbiri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb.

Rektor əvəzi  Prezident  İlham Əliyevin görkəmli bəstəkar haqqında fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb: ”Zəmanəmizin görkəmli sənətkarının fəlsəfi məna və umumbəşəri duyğuların zənginliyi ilə səciyyələnən böyük irsi müəllifinə böyük şöhrət gətirməklə yanaşı , Azərbaycan professional musiqisinin beynəlxalq aləmdə tanınmasında xüsusi əhəmiyyət kəsb etmişdir.”

 Natiq İbrahimov dünya şöhrətli bəstəkarın zəngin və təkrarsız irsi barədə geniş söz açaraq, Qara Qarayev musiqisinin heç vaxt dəyərdən düşmədiyini , bütün dünyada klassik musiqi həvəskarlarını valeh etdiyini bildirib. Lənkəran Humanitar Kollecinin direktoru , dosent Ruslan Həmidov, kollecin incəsənət və musiqi bölməsinin müdiri Fikrət Kərimov çıxışlarında  dahi bəstəkarın yaradıcılığının təkrarsız gözəlliyindən, zəngin irsindən, fəal vətəndaş mövqeyindən söz açıblar. Bəstəkarın həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.

Sonra söz canlı musiqiyə verilib. Lənkəran Dövlət Humanitar Kollecinin müəllim və tələbələrinin ifasında Qara Qarayevin “İldırımlı yollarla”, “Yeddi gözəl” baletlərindən fraqmentlər, musiqi əsərlərindən parçalar, mahnılar  ifa olunub. Musiqi gecəsi birləşmiş xorun ifasında vətənpərvərlik mövzusunda mahnı ilə yekunlaşıb.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında