O, 11 yaşından filmlərə çəkilib

Ceyhun Mirzəyev 1946-cı il aprel ayında Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Təhsilini Moskvada davam etdirib. Onun 46 illik ömrünün 35 ili kinoya həsr olunub.

Ceyhun Mirzəyev "Görüş" filmində Şıxəlinin oğlu obrazını canlandıranda cəmi 11 yaşı olub. Kino karyerası da elə bu filmdən başlanıb. 12 yaşı olanda məşhur "Ögey ana" filminə dəvət alıb.

C.Mirzəyevin fəaliyyəti kino ilə bitməyib. O, kinostudiyada müxtəlif vəzifələrdə işləyib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib və jurnalın bədii rəhbəri olub.

Aktyorun son oynadığ film "Fəryad"dır. Onun ürəyi bu filmi ekranlardan izləməyə imkan verməyib. 1993-cu il martın 5-də studiyada çəkiliş vaxtı özünü pis hiss edən aktyor qəfil ürək tutmasından vəfat edib.

"Axırıncı aşırım", "Bəyin oğrulanması", "Dəli Kür", "İstintaq davam edir", "Yenilməz batalyon", "Yol əhvalatı" kimi 90-a yaxın məşhur filmdə rol alan aktyor "Fəryad" filmindəki obrazına görə "Bakılı" cəmiyyətinin "Humay" mükafatına layiq görülüb.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında