Teatrın direktoru Kalmık Milli Dram Teatrının baş direktoru ilə görüşdü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb.Bu  barədə  teatrdan məlumat verilib.Görüş zamanı iki teatr arasında davam edən yaradıcılıq münasibətləri, Azərbaycan Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu mövzusunda fikir mübadiləsi aparılıb. İki teatr arasında gələcəkdə daha böyük layihələrin reallaşması ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin növbəti mövsümdə daha da genişləndirilərək maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışılıb.

Kalmık Milli Dram Teatrının baş direktoru səmimi qəbula görə direktora təşəkkür edərək , ikitərəfli qastrol səfərlərinin tamaşaçılar tərəfindən maraqla qarşılanmasının təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov və teatrın baş rejissoru Bəhram Osmanov Rusiya və Azərbaycan teatrları arasındakı qarşılıqlı yaradıcılıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayıblar.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında