23 aprel – Beynəlxalq Kitab Günüdür

     Mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsi, mütaliənin sevdirilməsi  kitabxanaların qarşısında duran əsas vəzifələrdən biridir.

Gənclərin fəal mütaliəyə cəlb olunması, mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Açıq Kitabxana - sərbəst mütaliə məkanında  “23 aprel – Beynəlxalq Kitab Günü” adlı  tədbir keçirilmişdir.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, şagirdləri bayram  münasibətilə təbrik etmiş, “23 aprel – Beynəlxalq Kitab Günü”nün yaranma tarixi haqqında məlumat vermişdir. Kitabxananın direktoru tədbir çərçəvəsində keçirilən şeir müsabiqəsini açaraq, sözü şagirdlərə vermişdir. Şagirdlər Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatı yazıçılarının yaradıcılığından  şeirlər söyləmişlər. Müsabiqənin qaliblərinə və tədbirin digər iştirakçılarına “Beynəlxalq Kitab Günü” münasibəti ilə kitab hədiyyə edilmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında