Özbək mütəfəkkiri Babur yad edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Özbəkistanın ölkəmizdəki səfirliyi ilə böyük özbək mütəfəkkiri, görkəmli dövlət xadimi Zahirəddin Məhəmməd Baburun anadan olmasının 535 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçirib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Z.M. Baburun həyat və fəaliyyətindən danışıb.

Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyev Zahirəddin Məhəmməd Baburun görkəmli dövlət xadimi kimi fəaliyyətindən, bədii irsindən söhbət açıb. Səfir qeyd edib ki, böyük mütəfəkkirin geniş yaradıcılığı qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı üçün mükəmməl zəmin yaradır.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan – Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov qardaş ölkələrin ədəbi əlaqələrinin tarixindən, hazırki inkişaf mərhələsindən danışıb.

Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana şairin zəngin irsindən söz açıb.

Sonra konfransda Daşkənd Milli Universitetinin professoru Həmidullah Baltabayevin, Beynəlxalq Babur Fondunun Azərbaycan bölməsinin sədri, filologiya elmləri doktoru Almaz Ülvinin və başqalarının məruzələri dinlənilib.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında