Mərakeşin musiqisinə həsr edilmiş konsert proqramı

Bakı mədəniyyətsevərləri ötən gün  Beynəlxalq Muğam Mərkəzində  “Etnik musiqi inciləri” layihəsi çərçivəsində Mərakeş musiqi konsertini izlədilər.

Mərakeş Krallığının  Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilmiş konsert proqramında Maalem Xoussam Quinia öz qrupu ilə Qnava üslubunda ifa nümayiş etdirdi.

Tədbiri giriş sözü ilə açan Mərakeş Krallığının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş Mərakeş mədəni irsi, musiqisi və konsert proqramı haqqında məlumat verdi və tədbirin təşkil edilməsində əməyi keçmiş hər kəsə, eləcə də Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bidirdi. Qnava üslubu barədə geniş məlumat verən səfir bildirdi ki, bu üslub Mərakeşin mədəni irsinin əsas istiqamətlərindəndir. Afrika, əsasən də Mərakeş folkloruna aid bu ənənəvi musiqi qitənin qəbilələrinin mətn, mahnı və rəqslərindən ibarət kompozisiyasıdır.  “Mərakeşin Essauriya şəhərində hər il ənənəvi olaraq  Qnava Beynəlxalq Musiqi Festivalı keçirilir.”—deyə səfir əlavə etdi və bu etnik musiqinin cazla, rokla birlikdə kombinə edildiyini də diqqətə çatdırdı. 

Konsert zamanı səslənən musiqi parçaları və rəqslər maraqla qarşılandı.

Qeyd edək ki, bu musiqi ənənəsini beynəlxalq səviyyəyə Led Zeppelin qrupundan məşhur ifaçılar Cimmi Peyc və Robert Plant, bəstəkar Adam Rudolf, caz pianoçusu və bəstəkar Rendi Veston, bas gitaraçı Bill Lasvel çıxarıb. Bu il İnnov Qnava qrupu Qremmi mükafatının “Ən yaxşı rəqs” nominasiyasına layiq görülüb.

Əfsanə Ələsgərli,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında