Moskvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “dəyirmi masa” keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU), Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans çərçivəsində Moskva Dövlət Linqvistika Universitetində (MDLU) “dəyirmi masa” keçirilib.

“Dillər və mədəniyyətlər dialoqu çoxqütblü dünyada dinc yanaşı yaşama amili kimi” mövzusuna həsr edilən tədbir ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Rusiya üzrə nümayəndəsi Nigar Axundova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin Rusiya dövrünə dair maraqlı faktlar açıqlayıb, dahi şəxsiyyətin sənaye, səhiyyə, sosial həyat və digər sahələrdə mühüm islahatlar həyata keçirdiyini qeyd edib.

Tarixçi Manaf Ağayev ümummilli liderin Rusiyada Azərbaycan diasporunun formalaşmasında xidmətlərindən danışıb, azərbaycançılıq ideyasının inkişafında rolunu vurğulayıb.

ADU-nun Rusiyaşünaslıq Mərkəzinin müdiri Məmməd Əliyev “Heydər Əliyev və müasir Azərbaycanda dini tolerantlıq” mövzusunda məruzə ilə çıxış edib, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabını universitetin ktabxanasına təqdim edib.

MDLU-nun tarix elmləri fakültəsinin dekanı Vladimir Korneyev, MDLU Elmi Şurasının elmi katibi Anton Yemelyanov və başqaları ulu öndər Heydər Əliyevin Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərindən, zəngin dövlət idarəçilik təcrübəsindən danışıblar.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında