“Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” olacaq

“Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda gənc alimlərin beynəlxalq elmi forumu keçiriləcək. Bu il sentyabrın 6-8-i arasında nəzərdə tutulmuş beynəlxalq elmi forum  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Bakıda reallaşacaq.

Forumun əsas məqsədi ölkəmizin orta əsr tarixində mühüm rol oynayan Şirvanşahlar dövlətinə qısa tarixi ekskursiya etmək, gənc təqdiqatçıların həmin dövrlə bağlı araşdırmalarını müzakirəyə çıxarmaq, fikir mübadiləsi aparmaqdır.

Forumun elmi istiqamətləri  “Mədəni, siyasi və iqtisadi tərəqqidə varislik ənənələri: Qədim ipək yolu və BTQ dəmir yolu xətti”, “Klassika və müasirlik - fəlsəfi, dini və ədəbi baxışlar”, “İnteqrativ inkişafın konseptual modeli: Şirvanşahlar dövləti və müasir Azərbaycan” mövzularında  nəzərdə tutulur.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında