Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində iştirak etmişlər

Qətərin paytaxtı Doha şəhərində Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimi olmuşdur. Bu barədə Milli Kitabxanadan məlumat vermişlər. Mərasimdə bir sıra qonşu ölkələrin dövlət və hökümət başçıları, mədəniyyət və turizm nazirləri, 30-dan artıq ölkənin milli kitabxanasının direktorları iştirak etmişlər. Azərbaycanı açılş mərasimində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov və Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov təmsil etmişlər.

 Qətər Milli Kitabxanası məhşur Qətər Fondunun nəzdində fəaliyyət göstərir və bu modern və möhtəşəm arxitekturaya malik bina həmin fondun dəstəyi ilə dünyanın ən məşhur arxitektorları və mütəxəssisləri cəlb olunmaqla inşa olunmuşdur. Kitabxananın 1 milyonluq kitab fondu tam şəkildə açıq fond kimi oxucuların istifadəsinə verilmişdir və sərbəst istifadə olunur.  Çox böyük oxu zalları və evə verilən kitabların qaytarılması üçün avtomatlar quraşdırılmışdır. Binada ən son texnoloji avadanlıqlardan və avtomatlaşdırma vasitələrindən istifadə olunmuşdur. Açılış mərasimində Qətər dövlətinin əmiri Şeyx Təmin bin Həməd Əl Sani, Qətər Fondunun prezidenti xanım Şeyxa Moza bint Nasir Əl-Misnəd, Qətər Milli Kitabxanasının icraçı direktoru Sohair Vastavy, bir sıra dünya milli kitabxanalarının direktorları, binanın arxitektoru Rem Kulhas və texniki mühəndisi çıxış etmişlər.

Sonra Qətər əmiri Şeyx Təmin bin Həməd Əl Sani qonaqların şərəfinə ziyafət vermişdir. Ziyafətin sonunda Qətər əmiri Şeyx Təmin bin Həməd Əl Sani ilə görüşən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan Respublikasının Prezidentinin salamlarını cənab əmirə çatdırmış və bu möhtəşəm layihə münasibətilə onu və Qətər xalqını təbrik etmişdir. Aprelin 17-də Qətər Milli Kitabxanasının yeni binasında Azərbaycan Milli Kitabxanası ilə Qətər Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun imzalanma mərasimi olmuşdur.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında