Turistlər üçün istənilən yerdə fasiləsiz və sürətli internet

Azərbaycan Konqreslər Bürosunun (AKB) “Simbrella” şirkəti ilə birgə təşəbbüsü olan “WokiFi” layihəsi start götürüb.

Layihə turistlərə və mehmanxana qonaqlarına portativ Wi-Fi təminatlı 4G cihazlarını icarəyə götürməyə imkan verir.

“Simbrella” şirkətinin hazırladığı proqram təminatına malik olan mövcud xidmətin unikallığı ondadır ki, qonaqlar ölkəmizin istənilən nöqtəsində ayrıca internet xidmətindən istifadə etmək imkanı qazanacaqlar. Bu cihazı icarəyə götürməklə, fasiləsiz və sürətli internetdən maşında, küçədə, təbiət qoynunda, hətta çimərlikdə də istifadə etmək olar. Yüksək sürətli portativ Wi-Fi qurğusuna eyni zamanda beş cihazın qoşulması mümkündür.

Turistlər və qonaqlar bu imkandan istifadəyə başlayarkən, təqdim edən otelin səhifəsində xidməti aktivləşdirə və təklif edilən tarif planlarından birini seçə bilərlər. Xidmətə görə ödəniş, digər əlavə xidmət haqları kimi, otelin hesab-fakturasına daxil edilir.

Hələlik layihə pilot mərhələsindədir və yalnız Bakının bəzi otellərində təqdim edilir. Xidmətin tətbiqi ölkənin imicinə müsbət təsir göstərməklə, turistlərin nəzərində Azərbaycanın cəlbediciliyini daha da artıracaq və turizm sənayesi üçün əlavə mənfəət mənbəyi yaradacaq.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında