“İslam Dünyası Gənc Klassik Musiqi İfaçılarının Ənənəvi Beynəlxalq Müsabiqəsi”

“Kainat” Gənclik Mərkəzinin bu illər ərzində İslam Əmakdaşlıq Təşkilatının ən iri  qurumlarından biri olan ISESCO-nun  iştirakı ilə “İslam Dünyası Gənc Klassik Musiqi İfaçılarının Ənənəvi Beynəlxalq Müsabiqəsi” ni (20 yaşadək)  təşkil edir. Layihə bilavasitə  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin iştirakı və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə artıq  7-ci dəfədir ki, həyata keçirilir. Müsabiqənin coğrafiyası da ildən-ilə genişlənir.

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş müsabiqədə bu ilki Türkiyə,  Misir, Rusiya Federasiyası (Tatarıstan), Qazaxıstan, Özbəkistan, Mərakeş, İran, Əlcəzair və Azərbaycanın gənc istedadları iştirak edib.  Xatırladaq ki, 2018-ci ilin aprel ayının 9-dan 13-nə kimi Bakıda təşkil olunan müsabiqə qaliblərin mükafatlandırılması və Qala Konsert ilə başa çatmışdır.

Məlumat üçün bildirək ki, müsabiqəmizin işinə uğurlar arzulayan ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bununla əlaqədar tədbirin ünvanına rəsmi təbrik məktubu göndərmişdir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev bu şad xəbəri müsabiqə iştirakçılarına çatdırdı. Mədəni proqram çərçivəsində müsabiqə iştirakçıları üçün Heydər Əliyev Mərkəzinə, “Heydər” Məscidinə,  Azərbaycan Dövlət Filarmoniyasına ekskursiyalar  təşkil edilmişdir. Əcnəbi yaradıcı gənclər üçün ən əlamətdar görüşlərdən biri də Qara Qarayevin adını daşıyan Mərkəzi İncəsənət Məktəbində oldu. Xaricdən gələn müsabiqə iştirakçıları öz həmyaşıdları ilə maraqlı görüşlərdə iştirak etməklə yanaşı, həm də ifaçılıq bacarıqlarını nümayiş etdirdilər. Məktəbin direktoru Azərbaycan Respublikasının Əməkdar artisti Əziz Qarayusifli  və “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə belə görüşlərin əhəmiyyətini xüsusi vurğuladılar.

Müsabiqənin kiçik yaş qrupunun 3-cü yer mükafatçısı Ozodbek Ubaydullayev məktəbin müəllim və şagird heyəti üçün fortepianoda Q.Qarayevin bir neçə əsərini ifa etdi. Daha sonra azərbaycanlı uşaqlar qonaqlar qarşısında rəngarəng musiqi proqramı ilə çıxış etdilər. Məktəblə yaxından tanış olan nümayəndə heyəti təhsil ocağının rəhbərliyinə xatirə hədiyyələrini təqdim edərək, bu görüşü mədəni əlaqələrin ən parlaq nümunəsi kimi dəyərləndirdilər.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında