“Xəbərlər” jurnalının 2018-ci ilin ilk sayı işıq üzü görüb

science.gov.az saytından aldığımız məlumata görə,  AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin baş redaktorluğu ilə hazırlanan “Xəbərlər” jurnalının 2018-ci ilin ilk sayı işıq üzü görüb. İldə dörd dəfə çap olunan jurnalın yeni sayı İctimai və humanitar elmlər seriyasıdır. Nəşrin Tarix, Arxeologiya və etnoqrafiya, Azərbaycan dili, Folklor və ədəbiyyat, İncəsənət, İqtisadiyyat adlı bölmələrində 45 müəllifin müxtəlif səpkili mövzuları əhatə edən elmi məqalələri yer alıb. Belə ki, jurnalda “Naxçıvanın Atropatena dövlətində yeri və roluna dair”, “2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı-Naxçıvan şəhəri”, “Naxçıvan təpə yaşayış yerində arxeoloji qazıntılar”, “Naxçıvan dialekt və şivələrində işlənilən bəzi köməkçi nitq hissələri haqqında”, “Naxçıvan yallıları: Köçəri yallısı”, “Qastronomiya turizminin Naxçıvan Muxtar Respublikasında inkişaf perspektivləri” və digər başlıqlı məqalələr dərc olunub.

 İ.Əmənullayev

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında