Rusiyalı sualtı arxeoloqlar Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər

science.gov.az saytında verilən xəbərə görə, Rus Coğrafiya Cəmiyyəti Sualtı Tədqiqatlar Mərkəzinin mütəxəssislərindən ibarət nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Qonaqları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Mədəni irsin tədqiqi sektorunun müdiri, t.ü.f.d. Kamil İbrahimov müşayiət edib.

İlk olaraq muzeyin ekspozisiyası ilə tanış olan rusiyalı sualtı arxeoloqlar daha sonra bu müəssisənin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüblər.

Görüşdə Xəzər akvatoriyasında gəmiçiliyin qədim tarixi ilə bağlı əşyavi mənbələr əldə etmək məqsədilə aparılan genişmiqyaslı sualtı tədqiqatlardan bəhs olunub. Akademik N.Vəlixanlı muzeyin 1968-1986-cı illərdə apardığı sualtı arxeoloji tədqiqatlar barədə qonaqlara ətraflı məlumat verib. Həmçinin ərəb müəlliflərinin Xəzər dənizi ilə bağlı verdiyi məlumatları diqqətə çatdırıb.

Sonda qonaqlara muzeyin nəşrləri – monoqrafiya və kataloqlar təqdim edilib.

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında