Əlimərdan bəy Topçubaşovun kitabı işıq üzü görüb

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Əlimərdan bəy Topçubaşovun “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı işıq üzü görüb.

Mərkəzdən aldığımız məlumata  görə, çar Rusiyasındakı çoxmilyonlu türk-müsəlman xalqlarının sınanmış lideri, Azərbaycan Cümhuriyyətinin ən fəal xadimlərindən biri, parlamentin sədri Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsi ilk dəfədir ki, belə geniş şəkildə Azərbaycan oxucusuna təqdim edilir. Kitaba görkəmli xadimin məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsindən nümunələr toplanmışdır.

Bu il  100 illiyi qeyd olunacaq milli dövlətimizin – Azərbaycan Cümhuriyyətinin (1918–1920) yaradıcılarından olan bu tarixi simanın titanik fəaliyyətini sənədli faktlar və materiallarla sərgiləyən nəşr AXC-nin yaranış prosesini və onun ideallarını dolğun şəkildə əks etdirir.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və həyatını Cümhuriyyət idealının gerçəkləşməsi uğrunda fəda edənlərin xatirəsinə ithaf olunub.

Kitabın tərtibçisi Vilayət Quliyev, redaktoru Afaq Məsuddur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında