Muğam Mərkəzində “Etnik musiqi inciləri”

 Beynəlxalq Muğam Mərkəzində “Etnik musiqi inciləri” adlı konsert proqramı təşkil edilib. Tədbir Yunanıstanın Milli Günü münasibətilə təşkil olunub. Tədbirdə dövlət qurumlarının və diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, KİV təmsilçiləri iştirak ediblər. Tədbirin rəsmi hissəsinin açılışından  öncə hər iki ölkənin dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos ölkələrimiz arasındakı münasibətlərə toxunub. Azərbaycan-Yunanıstan əlaqələrinin yüksək səviyyədə olunduğunu bildirən səfir əlavə edib ki, bundan sonra da ikitərəfli münasibətlərin daha da yaxşılaşması üçün lazımi
addımlar atılacaq.

Sonra çıxış edən Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Gündüz Cəfərov qeyd edib ki, iki ölkə arasında imzalanmış və imzalanmağa hazırlanan sazişlər  əlaqələrimizin daha da  möhkəmlənməsinə səbəb olacaq.

Rəsmi hissədən sonra tədbir musiqi proqramı ilə davam edib. Tədbirdə Nikos Xanthoulis, Christoph Villibald Gluck, Stefan Muscaritolo, Georg Handel və dahi Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri səsləndirilib.

Həmçinin tədbir iştirakçılarına Muğam Mərkəzinin foyesində təşkil edilmiş Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Kanellosun və Nərgiz Quliyevanın rəsmlərindən ibarət sərgi təqdim olunub.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında