Mstislav Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert təqdim olunub

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin L. və M. Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində Mstislav Rostropoviçin 91 illiyinə həsr olunmuş konsert keçirilib.

Konsertdə Baş İdarənin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq incəsənət və musiqi məktəblərinin direktorları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Məktəbin simli və nəfəs alətləri şöbəsinin istedadlı şagirdlərinin ifasında Q.Qarayev “Vals”, İ.Qedjadze “Lastoçka”, V.Kerman “Palçı Rudi”, Kalinkoviç “Tarantella”, T.Şaverzaşvili “Noktürn”, İ.S.Bax “Prelüdiya və qavot” və Mendez “Xabanera” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında