Təbriz Teatrı yenidən Musiqili Teatrda

Yaratdığı obrazlarla İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz Teatrının rəhbəri Babək Nəhreynin iştirakı ilə  Azərbaycan Dövlət Musiqili Teatrında konsert proqramı keçirilir.

Qurumun mətbuat xidmətindən bildirilib ki, ötən il Musiqili Teatrda tamaşaçıların görüşünə "Bəxtəvər" komediyası ilə gələn güneyli aktyor bu dəfə də təqdim edəcəyi layihəni Novruz bayramı günlərində İrandan - soydaşlarımızın sıx yaşadığı bölgələrdən, əsasən də Təbrizdən ölkəmizə gələn çoxsaylı turistlərin mədəni istirahətlərini təmin etmək üçün təşkil edib.

İranlı incəsənət nümayəndələri - müğənni Ayhan, foks ustası Cavad Əkbəri ilə yanaşı, Azərbaycanda son dövrlər populyarlıq qazanan gənc estrada müğənniləri Damla və Çinarə Məlikzadənin də çıxış edəcəyi konsert proqramında, həmçinin, Musiqili Teatrın balet truppasının hazırladığı milli rəqslər də nümayiş olunur.

Təbriz Teatrının rəhbəri Babək Nehreyn Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə yaratdığı şəraitə görə təşəkkürünü bildirərək qeyd edib ki, birlikdə hazırladığımız layihələr İran və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərəcək. Digər tərəfdən isə ötənilki kimi bu il də biletlərin turizm şirkətləri vasitəsilə satılması mədəni turizmin inkişafında böyük rol oynaya bilər. Bu cür qarşılıqlı əməkdaşlıq mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və hesab edirəm ki, belə tədbirlərin müntəzəm nümayişi hər iki ölkənin teatr və incəsənət aləmində yeni-yeni uğurlu addımlar atılmasına təkan verəcək.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında