İsveçrənin Bazel şəhərində Azərbaycan filmi nümayiş olunub

İsveçrənin Bazel şəhərində təşkil olunmuş 13-cü Querfeld Mədəniyyətlərarası Film Festivalında Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə “Axınla aşağı” filminin nümayişi keçirilib.

Səfirlikdən bildiriblər ki, film festivalın ilk günü, açılışdan sonra göstərilib və tamaşaçıların böyük marağına səbəb olub.

Filmin nümayişindən əvvəl “Azərbaycanın dostları” diaspor təşkilatının rəhbəri Arzu Əliyeva tamaşaçıları salamlayıb və onlara “Axınla aşağı” filmi ilə yanaşı, ölkəmizin mədəniyyəti, musiqisi, kinematoqrafiyası haqqında ətraflı məlumat verib. O, son illərdə Azərbaycanda kinematoqrafiyanın inkişafına xüsusi diqqət göstərildiyini bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən psixoloji ailə dramını canlandıran ekran əsəri 2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin quruluşçu rejissoru Asif Rüstəmovdur.

Festival çərçivəsində, həmçinin təşkilatçılar tərəfindən Azərbaycanın mədəniyyətini və mətbəxini tərənnüm edən guşə də yaradılıb. Tədbirin təşkil olunduğu zalda ölkəmizin milli təamları və müxtəlif növ şirniyyatları qonaqlara təqdim edilib.

Qeyd edək ki, 2006-cı ildən keçirilən festival İsveçrədə yaşayan müxtəlif xalqların nümayəndələri tərəfindən təşkil olunur və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi, eləcə də ölkədə tolerantlığın təşviqinə xidmət edir.

Elgün NİFTƏLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Bazel


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında