Bakıda mehmanxanaların qiymətləri ucuzlaşıb

Bakıda hər il Novruz bayramı ərəfəsində mehmanxanalar  qiymətlərini qaldırsalar da, bu il qiymətlər 20 faiz ucuzlaşdırıblar.

Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, təxminən 10-15 gün əvvəl mehmanxanalarda qiymətlər baha olsa da, artıq qiymətlər ucuzlaşdırılıb.

Assosiasiya sədri bunun səbəbini bu il İrandan gələcək turistlərin sayında azalmanın olacağı ilə izah edib: “Bu il İrandan böyük turist axını gözlənilirdi. Lakin görəndə ki, bu axın azalıb, mehmanxanalar qiymətlərini endirdilər”.

Hazırkı qiymətlərini normal sayan N.Bağırov bu ucuzlaşmanın Bakıdakı bütün mehmanxanalara tətbiq edildiyini söyləyib.

N.Bağırov qeyd edib ki, dünya praktikasına görə, adətən Yeni il bayramı və digər bayram günlərində bütün ölkələrdə, böyük miqyaslı beynəlxalq tədbirlər keçirilən zaman həmin tədbirin keçirildiyi ölkədəki mehmanxanalar qiymətlərini qaldırırlar: “Ötən il Novruz bayramı günlərində Azərbaycana çox sayda turist gəlmişdi. Ona görə də mehmanxanalar Novruz bayramı ərəfəsində qiymətlərini qaldırmışdılar. Lakin bu il təxminən 10-15 gün əvvəl mehmanxanalar qiymətlərini normal qiymətə salıblar”.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında