Dünyanın ən böyük ölkəsinin ən böyük salonunda Azərbaycan təntənəsi

Çinin ən böyük konsert salonu olan Milli İncəsənət Mərkəzində Novruz bayramı münasibətilə Azərbaycan Muğam Gecəsi təşkil edilib. Bu barədə Sputnik Azərbaycan  məlumat yayıb.

Tədbirin açılışında çıxış edən səfir Əkrəm Zeynallı konsertin Çinin ictimai-siyasi həyatında çox önəmli hadisə sayılan Si Cinpinin Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən seçildiyi vaxtda təsadüf etdiyini vurğulayıb. Bu münasibətlə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən Çin dövlət başçısı Si Cinpinə təbrik məktubu ünvanlandığını diqqətə çatdırıb. Məktubun məzmunu ilə tədbir iştirakçılarını tanış edən səfir Azərbaycan və Çin liderlərinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrimizin sürətlə inkişaf etdiyini qeyd edib.

Səfir Azərbaycanın Çin Xalq Respublikası ilə ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə dərinləşdirilməsində maraqlı olduğumuzu söyləyib. Səfir konsertin təşkilində əsas məqsədin, Azərbaycan musiqisi vasitəsilə Çin ictimaiyyətini qədim və zəngin mədəniyyətimizlə tanış etmək, musiqi körpüsü ilə xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq və bununla da mədəniyyət sahəsində əlaqələrimizin daha da dərinləşməsinə töhfə vermək olduğunu bildirib.

Tədbirdə gənc xanəndələr Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev, kamança ifaçısı Ceyhun Muradovun təqdimatında muğamlarımız səsləndirilib.

Konsertdə Çinin Xarici İşlər Nazirliyi, Kommersiya Nazirliyi, Mədəniyyət Nazirliyi, Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyəti və Pekin ictimaiyyətinin nümayəndələri, eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında