Meri-Ceyn Dib: Bu forumda kitaba və mütaliəyə xüsusi diqqət yetirildi

Forumun panel iclaslarından biri kitab və mütaliə məsələlərinə həsr olunmuşdu. Dünyanın bir neçə ölkəsindən dəvət olunmuş sabiq dövlət başçıları, dünyanın məşhur kitabxanalarının rəhbərləri həmin iclasda iştirak etmişlər.

Onlardan biri də ABŞ Konqres Kitabxanasının Afrika və Orta Şərq bölməsinin müdiri Meri-Ceyn Dib idi. Bizimlə söhbətində o, bir sıra maraqlı məqamlara aydınlıq gətirdi.

Bildirdi ki, hazırda dünyada kitab və mütaliə məsələləri ilə bağlı çox ciddi müzakirələr gedir. Son vaxtlar kitabxanalarda elektron resurslardan istifadənin genişlənməsi bu sahənin tamamilə yenilənməsinə imkan yaratmışdır. Artıq bugünkü kitabxanalar öz iş üsullarını tamamilə dəyişməlidir.

Mən sizin Milli Kitabxanada oldum. Burada elektron resursların yaradılması , oxuculara kitab verilişi proseslərinin avtomatlaşdırılması işləri və bütövlükdə Milli Kitabxananın iş təcrübəsi ilə yaxından tanış oldum. Kitabxananın oxu zallarında oxucular üçün yaradılan şəraitdən çox məmnun qaldım. Oxu zallarının işıqlandırma sistemini, kitabxananın elektron xidmətlərini, həmçinin kitab fondlarındakı mobil stellajları bəyəndim. Bizim Konqres Kitabxanasında da yenilənmə işləri həyata keçirilir.

 Bakıda keçirilən bu forum böyük tarixi hadisədir. O, xalqların və dövlətlərin bir-birinə yaxınlaşmasına əhəmiyyətli stimul verir. Buraya nə qədər görkəmli elm, ictimai-siyasi xadimlər, dövlət rəhbərləri toplaşmışdı. Onlar qlobal dünyamızın çox aktual problemlərini müzakirə etdilər.

Yaxşı ki, bu tədbir sizin gözəl şəhərinizdə – Bakıda baş tutur. Buna görə sizin ölkənizin Prezidentinə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm.

Bu forumun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə də uğurlar arzulayıram.

Söhbəti qələmə aldı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında