Qəbələdə bayram şənliyi

Oyanış, dirçəliş, xeyirxahlıq rəmzi olan Novruz bayramı Qəbələdə böyük maraqla keçirilmişdir. Rayon mərkəzindəki Heydər Əliyev Parkında təntənəli təşkil olunmuş izdihamlı tədbirdə rayon rəhbərliyi və  ictimaiyyətin nümayəndələri fəal iştirak etmişlər.

Bayram şənliyində iştirak edənlər parkda nümayiş etdirilən yerli inşaat materiallarına, sənaye məhsullarına, xalçaçılıq və toxuculuq məmulatlarına, tətbiqi və təsviri incəsənət nümunələrinə maraqla baxmışlar. Bu rayonda yaşayan  xalq sənətkarlarının böyük ustalıqla hazırladıqları əl işləri ilə tanış olmuşlar. Təbiətin oyanışını bildirən səməni və digər Novruz atributları ilə əsl bayramsayağı bəzədilən bu parkda bayram xonçaları və müxtəlif çeşidli milli şirniyyat növləri və s. məhsullar maraqla qarşılanmışdır. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətini bir daha nümayiş etdirdilər. İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayon əhalisini bayram münasibətilə təbrik etmişdir.

Natiq ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra xalqımızın bir çox adət-ənənələrinin, bayramlarının yenidən bərpa edildiyini xüsusi qeyd elədi... Eləcə də Novruz bayramının ölkəmizdə rəsmi qaydada keçirilməsinin məhz ulu öndərin adı və onun vətənpərvər, millətsevər fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırdı. Şənlik bədii özfəaliyyət kollektivlərinin, idmançıların və digər sənət adamlarıının iştirakı ilə davam etdirildi.

İ.Əmənullayev

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında