Azərbaycan rəqsləri Avropanı fəth etdi

Moskvada keçirilən ənənəvi ( folklor ) rəqs üzrə Avropa Çempionatı 53 ölkədən iştirakçıları toplayıb.

Milli.az   xəbər  verir  ki, 5 mindən çox iştirakçı münsiflər heyətinə və tamaşaçılara  kompozisiyalar təqdim edib. Azərbaycan üç yaş kateqoriyasında və dörd nominasiyada kollektivləri təmsil olunub. Uşaqlar və yeniyetmələr üzrə  5 saylı Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin "Zirvə" ansamblı, yuvenallar və uşaqlar yaş kateqoriyasında "Jam SS" ansamblı yarışa qatıldılar. Üç günlük mübarizənin nəticələrinə görə, Azərbaycanın mükafat qutusuna ikinci və üçüncü yerlər əlavə olundu.

Ölkəmizi  tədbirdə Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov təmsil edib. "Azərbaycan Rəqs Assosiasiyasının rəhbərliyi Tamilla Əliyevaya, Natavan Musayevaya və Natella Həsənovaya uğurlu və səmərəli işlərinə görə təşəkkür edir. İştirakçıları təbrik edirik və ümüd edirik ki, onlar Azərbaycan bayrağını daima yüksəklərə qaldıracaqlar", - Ə.Əzizov deyib.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında