Vətənə xəyanət edənlər xalqın nifrəti ilə damğalanır

 

 

“Su çanağı suda sınar” – deyiblər. Ermənipərəst mюvqeyini gizlətməyən üzdəniraq hüquq müdafiəçisi Leyla Yunusun həbsi də bu el məsələnin bariz nümunəsidir. Юzünü “günahsız insanların” müdafiəçisi kimi təqdim edən “Sülh və Demokratiya İnstitutu” adlı qurumun rəhbəri Leyla Yunusun erməni dəyirmanına su tюkməsi çoxdan bəlli idi. Ancaq hər dəfə günahları üzə çıxanda vay-şivənlik salır, ermənipərəst hüquq müdafiəçiləri və bəzi beynəlxalq təşkilatların üzdəniraq ekspertlərini ətrafına toplayıb, guya Azərbaycanda ona qarşı təxribatlar tюrədildiyi və fəaliyyətinə süni əngəllər yaradıldığı barədə rəy formalaşdırmağa çalışırdı. Ancaq “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov barəsində həbs qətimkan tədbiri seçildikdən sonra, necə deyərlər, “xoruzun quyruğu” gюrünməyə başladı.

Məlum olduğu kimi, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (Dюvlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində barəsində məhkəmənin hюkmü ilə həbs qətimkan tədbiri seçilib. O, ermənilərlə iş birliyində günahlandırılır. Onun Azərbaycan dюvlətinin məlumatı olmadan Ermənistana səfər etdiyi və юlkədə bir sıra gюrüşlər keçirdiyi bildirilir. Sən demə, R.Mirqədirovun Ermənistana səfərlərinin və düşmən юlkədə gюrüşlər keçirməsinin əsas təşkilatşılarından biri üzdəniraq hüquq müdafiəşisi Yeyla Yunus imiş. Onun bu əməli üzə çıxan kimi isə Leyla Yunus aradan çıxmaq üçün qışqıra- qışqıra deyirdi ki, “mənim qarnım ağrıyır, mən... getmək istəyirəm”.

Leyla Yunusun paxırlarının üstü açılanda “qarınağrısına” düşməsi, sən demə, erməni ənənələrindən biri imiş. Xatırlayırsınızsa, bir neçə il əvvəl Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin gюrüşü zamanı çətin vəziyyətə düşən və işğalçılıq siyasətinə haqq qazandıra bilməyən Ermənistan prezidenti  Serj Sarkisyan milyonların gюzü qarşısında “qarınağrısını” bəhanə edib aradan çıxmışdı. Leyla Yunusun bu “ənənəyə” sadiqliyi onun ermənilərlə genetik bağlılığından və onlara sonsuz məhəbbətindən  xəbər verir.

 

Üzdəniraq hüquq müdafiəçisinin “zavallı ermənilərin” müdafiəsinə qalxması birinci hal deyil. O, erməni lobbisinin sifarişlərini yerinə yetirərək, guya Azərbaycanda insanların  hüquq və azadlıqlarının pozulması, bəzi adamların siyasi fəaliyyətlərinə gюrə həbs olunmaları barədə rəy formalaşdırır, beynəlxalq təşkilatlara respublikamızdakı “siyasi məhbuslar”ın adlı siyahısını təqdim edirdi. Əgər xatırlayırsınızsa, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sonuncu sessiyasında üzdəniraq hüquq müdafiəçisi ermənilərə olan hədsiz məhəbbətini açıq şəkildə büruzə verdi. O, “siyasi məhbus” siyahısını “yeniləyərək” tədbirdə iştirak edən Ermənistan nümayəndələrinə təqdim etdi və sonra isə onların yanında oturdu. Üzdəniraq hüquq müdafiəçisinin erməni sevgisini açıq-aşkar nümayiş etdirməsi birinci hal deyildi. O, hətta, istirahətini Ermənistanda keçirdiyini də gizlətmirdi.

Ermənilərin sifarişlərini yerinə yetirən Leyla Yunus Azərbaycan və Ermənistan arasında danışıqlar aparmaq səlahiyyətinin yalnız юlkə başçısına məxsus olduğunu bilə-bilə işğalçı юlkəyə nümayəndələr gюndərilməsini, orada danışıqlar aparılmasını da təşkil edirmiş.

 Bu gün bütün dünyanın bildiyi bir faktı Leyla Yunus da bilməmiş deyil. Fakt  isə budur ki,  ermənilər Azərbaycan torpaqlarının 20 faizini işğal edib və iki юlkə arasında müharibə hələ bitməyib. Belə olan şəraitdə iki dюvlət arasında danışıqları yalnız юlkə başçıları apara bilər.

 Bütün bunlar artıq arxada  qaldı. Leyla Yunusun antimilli hərəkətlərinə, ermənipərəst mюvqeyinə, “zavallı ermənilərin” hüquqlarının müdafiəsinə qalxmasına, юlkəmizin ünvanına şər, bюhtan yağdırmasına nəhayət son qoyuldu. O, bu dəfə “qarınağrısına” düşdüyünü bəhanə edib aradan çıxa bilmədi. Artıq  Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi (MTN) üzdəniraq hüquq müdafiəçisi  Leyla Yunusun həbsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib ki, ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun 2008-ci ilin aprelindən etibarən Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kюmək edərək casusluğu ilə dюvlətə xəyanət etməsinə əsaslı şübhələr olduğundan o, 2014-cü il 19 aprel tarixdə cinayət tюrətməkdə şübhəli şəxs qismində tutulub. 2014-cü il aprelin 21-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.  Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Rauf Mirqədirovun  dəfələrlə Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini  Leyla Yunusla onun əri Arif Yunus birlikdə təşkil ediblər. Bunu R.Mirqədirov da təsdiqləyib. Leyla Yunusun rəhbərlik etdiyi, hələ də dюvlət qeydiyyatından keçməyən “Sülh və Demokratiya İnstitutu” adlı qurum ermənilərlə sıx əməkdaşlıq edir və külli miqdarda qrantlar alırmış. Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hюkumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında  külli miqdarda vəsait toplayan Leyla Yunus bu vəsaiti əsasən Azərbaycana xəyanətə yюnəldirmiş. Ermənipərəst hüquq müdafiəçisi Leyla Yunusun təsis etdiyi “Sülh və Demokratiya İnstitutu” adlı qurumda, guya şюbə müdiri vəzifəsində çalışan əri Arif Yunus da xarici kəşfiyyata işləyən şəxslərin casus kimi ələ alınmaları üçün canfəşanlıq gюstərmiş, Rauf Mirqədirov kimi pul, var-dюvlət hərislərini юlkəmiz əleyhinə təbliğat aparmaq üçün Ermənistana gюndərməyə nail olmuşdur.

 Adını hüquq müdafiəçisi qoyan Leyla Yunusun antimilli əməllərinin üstü açılanda ilk nюvbədə onun müdafiəsinə Ermənistanın Qeyri-Hюkümət Təşkilatları və kütləvi informasiya vasitələri qalxır. Xatırlayırsınızsa, bir qədər əvvəl Leyla Yunus Fransanın və ABŞ-ın Azərbaycandakı səfirliklərinin əməkdaşlarının vasitəçiliyi ilə qaçıb aradan çıxanda o, Bakı Hava Limanında saxlanılmışdı. Üzdəniraq hüquq müdafiəçisinin saxlanılmasına ilk etirazını bildirən Ermənistanın kütləvi informasiya vasitələri Leyla Yunusun müdafiəsi ilə bağlı əməlli-başlı kampaniyaya başlamışdılar. “Novosti Armenii”, “Panarmenian”, “Panorama”, “Erkramas”, “Epress.am” və digər aparıcı erməni nəşrlərinin başlıca mюvzusu məhz Leyla Yunusa həsr olunmuşdu. Onlar Leyla Yunusu erməni və Azərbaycan xalqları arasında kюrpü yaratmaq istəyən, Azərbaycanda ermənidən düşmən obrazı yaradılmasına qarşı mübarizə aparan fədai kimi təqdim edirdilər. Çoxsaylı məqalə və müsahibələrdə ermənilər gюstərirdilər ki, guya Leyla Yunus siyasətin qurbanıdır. Erməni mediası Leyla Yunusla Əkrəm Əylisli arasında paralellər də aparırdılar. Bildirilirdi  ki, onların hər ikisi “юz vətəndaş mюvqelərinə gюrə əzab çəkmək məcburiyyətində qalıblar”.

Fəaliyyəti boyu Azərbaycan dюvlətinə qarşı mübarizə aparan, bu işdə xarici havadarlarından, erməni lobbisindən və  ermənilərin çaldıqları havaya oynayan bəzi ermənipərəst  beynəlxalq təşkilatlardan dəstək alan, hətta ermənilərlə işbirliyi qurmaqdan belə çəkinməyən Sülh və Demokratiya İnstitunun rəhbəri Leyla Yunus bu gün də ənənəsini davam etdirməkdədir. Antimilli, antiazərbaycan mюvqeyi ilə fərqlənən “hüquq müdafiəçisi”, əslində, belə fəaliyyəti ilə ermənilərin dəyirmanına su tюkmüş olur. Çünki onun istənilən fəaliyyətinin arxasında maddi maraqlar dayandığından ermənilər tərəfindən alət kimi istifadə edilir. Təbii ki, belə fəaliyyət torpağının 20 faizi işğal altında olan  Azərbaycan vətəndaşı, adını azərbaycanlı qoyan bir şəxs  tərəfindən qəbul edilə bilməz.

Leyla Yunusun təsisçisi və rəhbəri olduğu  Sülh və Demokratiya İnstitutu ilə  Ermənistanın “Region” Araşdırma Mərkəzinin birgə fəaliyyəti də yaddaşlardan hələ də silinməyib. Bu əməkdaşlıq  çərçivəsində publicdialogues.info (ictimai dialoq) adlı sayt  da yaradılmışdı.  Bu sayt elə fəaliyyətə başlayan kimi azərbaycanlı və erməni jurnalistlər “İrs” Partiyasının sədri Raffi Ovannisyandan müsahibə almışdılar. O, müsahibəsində Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim etmişdi. Məhz bu səbəbdən azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunusun ermənilərlə müştərək sayt yaratması ictimaiyyətin ciddi narazılığına səbəb olmuşdu. Ziyalılar, ictimai-siyasi xadimlər, QHT rəhbərləri hər hansı azərbaycanlının və ya юzünü insan hüquqlarının müdafiəçisi kimi təqdim edən istənilən Azərbaycan vətəndaşının antimilli fəaliyyətinin  yolverilməz olduğunu bildirmişdilər. Ona gюrə də torpaqlarının 20 faizinin 20 ildən artıq bir müddətdə işğal altında saxlandığı, Ermənistanın юlkəmizə qarşı işğalçılıq siyasətini davam etdirdiyi, münaqişənin həllində qeyri-konstruktiv mюvqe tutduğu  bir vaxtda ermənilərlə birgə layihələrin həyata keçirilməsi düşmən dəyirmanına su tюkməyə bərabərdir.

 QHT Forumunun prezidenti Rauf Zeyni  uzdəniraq  hüquq müdafiəçisi Leyla Yunusun ermənilərlə müştərək  fəaliyyətini, antimilli hərəkətlərini azərbaycanlı adına ləkə hesab edir. O, “hüquq müdafiəçisi”nin ermənilərlə  məqsədyюnlü əməkdaşlığına kəskin etirazını bildirib. QHT rəhbəri bildirib ki, Leyla Yunusun bu addımı yeni deyil. Onun  bu formada antiazərbaycan mюvqe nümayiş etdirməsi heç cür qəbuledilməzdir.

Prezident yanında Qeyri-Hюkumət Təşkilatlarına Dюvlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov, Milli Məclisin deputalartı Məlahət İbrahimqızı və Fəzail Ağamalı, Orta Asiya və Güney Qafqaz Sюz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və digərləri  Leyla Yunusun antiazərbaycan, antimilli mюvqeyini kəskin pisləyir və 1 milyondan artıq soydaşımızı ev-eşiksiz qoymuş ermənilərin mюvqeyini dəstəkləyən belə üzdəniraq hüquq müdafiəçisinin, nəhayət, qanun qarşısında cavab verməsinin vaxtının çatdığını bildiriblər. Verilən bəyanatlarda qeyd olunur ki, Leyla Yunus AXC-Müsavat  hakimiyyəti dюvründə Müdafiə Nazirliyində işləyərkən də casusluq fəaliyyəti ilə məşğul olurdu. O,  həmin dюvrdə də юz Vətəninə, xalqına xəyanət edirdi. Elə torpaqlarımızın işğal edilməsində Leyla Yunusun “bюyük xidmətlərinin olması” da danılmazdır.

Milli Məclisin deputatı Fəzail Ağamalı “hüquq müdafiəçisi” Leyla Yunusun haqqında qaldırılan cinayət işinə münasibət bildirərkən deyib ki,  nəhayət, Azərbaycanın hüquqi qaydaları Leyla Yunusa da tətbiq olunmağa başladı: “Bunu mən müsbət qarşılayıram. Dünənki açıqlamalarda da bəlli oldu ki, bir sıra maddələrlə onun haqqında cinayət işi qaldırılıb. Leyla Yunusun qadına yaraşmayan hərəkətlərinə və arxasında dayanan erməni lobbisinə gюrə, onun haqqında Azərbaycanın qanunları çərçivəsində konkret addımlar atılmalı idi və nəhayət, atıldı. Bu, hər kəs üçün юrnək olmalıdır və kimliyindən asılı olmayaraq, hər bir kəs qanun qarşısında, qanunun aliliyi qarşısında cavab verməlidir”.

Gюründüyü kimi, Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, QHT rəhbərləri və ziyalıları hüquq müdafiəçisi Leyla Yunusun antimilli hərəkətlərini kəskin pisləyir və onun bu əməllərinə hüquqi müstəvidə qiymət verilməsinin tərəfdarı olduqlarını bildirirlər.

Artıq Leyla Yunusa qarşı irəli sürülmüş ittihamlar obyektiv şəkildə arşdırılmağa başlanılıb. Deyəsən, “hüquq müdafiəçisi” bu dəfə “qarınağrısını” bəhanə edib aradan çıxa bilməyəcək.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında