Ermənistan rəhbəri qaş düzəltmək əvəzinə, göz tökdü

 

 

Son vaxtlar başabəla erməni siyasətçilərinin qondarma “erməni soyqırımı”nın 100 illiyi adı ilə xarici aləmdə hay-küy qoparması, Türkiyə dövlətinə qarşı böhtan və şər kampaniyası aparması hər bir ağılı başında olan insanda haqlı təəccüb və təəssüf hissi doğrur. Lakin neyləyəsən ki, əsl həqiqətdən bixəbər olub, erməni təbliğatının təsirinə düşənlər də tapılır. Ona görə də millətçi erməni ideloqları və onların bədnam niyyətlərini dövlət siyasəti səviyyəsinə qaldıran rəsmi dairələr bu yalan ruporunu yenidən var gücləri ilə işə salırlar.

Millətçi, terrorçu və separatçı Ermənistanın Dağlıq Qarabağda azərbaycanlıların soyqrımına rəhbərlik etmiş prezidenti Serj Sarkisyanın bu günlərdə Praqada keçirilən nüfuzlu beynəlxalq sammitdə Avropa ölkələrinin başçıları qarşısında qardaş Türkiyənin ünvanına söylədiklərinin bir adı var: həyasızlıq!

Bu əliqanlı erməni lideri dünənin, bugünün həqiqətlərini pərdələyərək Türkiyəni və onun xalqını “erməni soyqırımı”nda və Ermənistanla sərhədləri bağlamaqla ittiham edir. Bu terror, soyqırımı qəhrəmanından soruşmaq lazımdır ki, yalan, böhtan üzərində hansı sağlam dialoqdan söhbət gedə bilər.

Sammitdə Türkiyə rəsmilərinin olmamasından sui-istifadə edən və gündəliyin mövzusundan çox kənara çıxan S.Sarkisyan zənn edirmiş ki, onun yalanı və böhtanı cavabsız qalacaq. Lakin belə olmadı. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, bir millətin iki dövlətindən bir olan Azərbaycanın Prezidenti İlham Əliyev ermənistanlı həmkarını yerindəcə və lazımınca cavablandırmaqla onu tərk-silah etdi.

Dövlətimizin başçısı tutarlı faktlarla Türkiyənin Ermənistanla sərhədləri bölgədə işğalçı siyasət yeritmək, Azərbaycanın 20 faiz ərazisini işğal edib bir milyon insanın didərgin saldığına cavab olaraq bağladığını bəyan etməklə bunun beynəlxalq hüquqa, haqq-ədalətə uyğun olduğunu təsdiqlədi. “Qarabağda ermənilərin öz müqəddəratını təyinetmə” iddiasına isə möhtərəm İlham Əliyevin açıqlaması olduqca məntiqli və ədalətli səsləndi: “Onlar burada-Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin ediblər”.

Azərbaycan rəhbərinin qısa, tutarlı, cəsarətli və diplomatik çıxışı, sanki, bir güllə ilə iki ov vurmaq oldu. Həm qardaş Türkiyənin mövqeyi və cavabı bəyan  edildi, həm də ölkəmizin haqq səsi bir daha ucadan səsləndi. Cənab İlham Əliyev Avropa dövlətlərinin başçılarından birmənalı cavab istədi: nə üçün işğalçı və terrorçu dövlət barədə çıxarılmış dörd BMT qərarı icra olunmur? Nə üçün beynəlxalq normaları tanımayan Ermənistan dövləti Avropa qurumlarında saxlanılır?

Şübhəsiz, bu ittihamlara gec-tez cavab verilməlidir. Ermənistan isə, necə deyərlər, ayıbına kor olmaq əvəzinə, öz tarixi cinayətlərini başqasının adına yazmaqda israr edir. Azərbaycan Prezidentinin haqlı və təsirli cavabı başqa bir el məsləni yadımıza salır: erməni rəhbəri bu dəfə də qaş düzəltmək əvəzinə, göz tökdü.

Nizami CƏFƏROV,

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin komitə sədri, AMEA-nın müxbir üzvü

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında